A. Çumaçenko – “Aydan gəlmiş adam”

AZN5

Description

Rus yazıçısı Ada Çumaçenkonun “Aydan gəlmiş adam” povesti böyük rus səyyahı Nikolay Mikluxo-Maklayın Yeni Qvineya adasına səyahətindən bəhs edir. İlk baxışdan əsərin adını oxuyarkən “Aydan gəlmi adam” ifadəsinin səyyah N. Mikluxo-Maklayla nə cür əlaqəsi olduğu insanı düşündürsə də kitabı oxuduqca bu sualın cavabını tapacaqsınız. Belə ki, Yeni Qvineyaya yollanan səyyahı görən yerli xalq papuaslar onu aydan gəlmiş adam zənn edirlər. İbtidai formada yaşayan cəmiyyətdə ilk dövrlər nifrətlə qarşılanan səyyah yerli xalqın dilini bilməsə də öz yardımsevərliyi və dostluğu ilə tezliklə onların etibarını, hörmətini qazanmağı bacarır. Bu kitab həyacan və səyahət sevən hər kəs üçündür. Səyyahın başına gələn bir-birindən maraqlı macəralar, təhlükələr və onun uzaq ölkədən bəhs edən müşahidələri oxucunu darıxmağa qoymur.

X