VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” keçiriləcək.

Tədbirin təşkilatçısı olan “Caspian Event Organisers” şirkəti məlumat yayıb. Şirkətdən verilən məlumata görə, sərginin məqsədi kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.

X